пятница, 22 февраля 2019 г.

Bəyindiyimiz filmlər

Filmlər çoxdur. Hansı ki, baxıb bitirən kimi, bir daha baxmaq istəyirsən. Və bu hər dəfə təkrarlanır. Bu bizim sevdiyimiz filmlərdir, hansılar ki baxdıqca zövqümüzü  oxşayaraq, bizə mənəvi rahatlıq gətirir.
   Bu filmlərdən ən birincisi hamımızın dəfələrlə izlədiyi "Şauşenkdən qaçış" filmidir.
   Bu siyahıya müxtəlif janrlarda mextəlif filmlər əlavə etməklə böyüdə bilərik.
Bu yazımda sizinlə ən sevdiyim filmləri bölüşmək istəyərdim.
   Təbii ki, ilk yerdə elə yuxarıda qeyd etdiyim, "Şauşenkdən qaçış" filmidir. Burada insanı düşündürən bütün mövzulara toxunulub. Dostluq, sevgi, inam, etibar və ən əsası aparıcı qüvvə ümid! Bir sözlə hamınıza tövsiyyə edərdim baxmağı.  Daha sonra mənimçün "Public enemy" filmi gəlir ki, qanqster Jonny Dilincerin həyatından bəhs edilir. Onun cinayətləri yaxşı bir iş kimi tamaşaçılara təqdim edilir. Filmdə əsas aparıcı  süjet xətti sevgi, dostluq, satqınçılıq və s.

Davamını isə siz gətirin. Hansı filmləri xoşlayırsınız???

вторник, 12 июня 2018 г.

"Zorakarlıq filləri!!!" (fillər məni bağışlasın)

    İl olub 2018, hələ “qocaman fillər”(fillər məni bağışlasın) az yaşlı uşaqlara qarşı zorakarlığı davam etdirir. Onsuz da dövlət uşaq bağçalarımızda vəziyyət ürək açan deyil. Mütamadi olaraq sosial şəbəkələrdə gah yeməklərin oğurlandığının, gah zorakarlığın, gah rüşvətxorluğun və bir çox başqa gahların şahidi oluruq. Özəl uşaq bağçalarında da bu cür hadisələrin baş verməsi adam lap ürpədir. “Tərbiyəçi”-nin biri uşağa qarşı zorakarlıq edir, digəri heç səsini də çıxartmır. Niyə??? Bu fillərin öz uşaqları yoxdur??? Belə hadisələri görəndən sonra hansı quruma inanasan, uşağına kimə etibar edəsən(bağça, məktəb). Belə görsənir ki, bir müddətdən sonra artıq valideyinlər də uşaqlarla gedib oturacaqlar dərsdə.  Başqa çıxış yolu varsa siz deyin...
 Mənim fikrimcə bu cür hadisələrin baş verməsində səbəb işə qəbul zamanı müsahiblərin zəif keçirilməsidir. Müasir dövrdə 1990-cı illərdən sonra üniversitetə qəbul olan abituriyentlərin  hər 10-dan  8-i istədiyi ixtisasa qəbu olmur və nəticədi istəmədiyi peşənin diplomunu əldə etmiş olur.
Dövlət bağçalarından işə girmək üçün biraz hörmət edir, işləyir. Nəticədə öz işini sevməyən şəxs başlayır səhv hərəkətlərə -elediyi “hörməti” geri qaytarmağa, “hörmət”  görməyəndə ilk əl atıqları şey oğurluq, ikinci də zorakarlıq. Belə “fillər” bir müddət dövlət bağçasında işləyəndən sonra, aylıq məvacibin çox olmasına görə
təcrübəli bağça müəlliməsi adıyla üz tuturlar özəl bağçalara. Özəl bağçalar da öz növbəsində təcrübəli tərbiyyəçi adıyla yüngülvari müsahibə keçirib qəbul edirlər işə. Yekun nəticə olaraq bu cür mənzərələr ortaya çıxır.
    Yuxarıdakı fikirlərim əlbətdə ki, bütün dövlət və özəl müəsisələrinə, tərbiyyəçi və müəllimərə şamil edilməsə də, 80+%-nə aiddir.

вторник, 13 марта 2018 г.

“13 səbəb” ( “13 reasons why”). Baxımlı!!!

2017-ci Netflix-in təqdim etdiyi, tez bir zamanda lazımı reytinqi toplayan "13 səbəb" ("13 reasons why")  serialındsan bəhs edəcəm. Rejissorluğunu Qreq Araki, Kayl Patrik Alvarez və  Karl Franklin etmişdir.
       Serial izləyiciləri ilk epizoddan ekranlara bağlaya bildi. Hadisələr müasir dövrdə - 2017-ci ilin payızında cərəyan edir. Leyberti məktəbinin böyük sinif şagirdi olan  Xanna Beyker özünə qəsd edib. 1-ci epizod Xannanım universitetdəki şəxsi şkafının üzərində məktəb yoldaşları tərəfindən xatirə yazıları, fotoları , gülləri və s. göstərməklə başlayır. Təhsil müəssisəsində ab-hava gərgindir - şagird özünə qəsd edib, məktəblilərin valideyinlərinə övladlarının psixi vəziyyəti ilə maraqlanmalarına görə məktublar göndərilib, dərsələrdə psixaloji mövzular keçirilir və s. Məktəblilərdən  sakit oğlan kimi tanınan Kley Conson dərsdən çıxıb evə gedir. Yoldaşlarında biri avtomobili ilə aparır onu evinə kimi. Qapıya yaxınlaşan Kley onun adına bağlama gəldiyini görür. Bağlamanı açdıqda bir neçə maqnitafon kaseti və xəritə olduğunu görür. Qarajdan atasının köhnə maqnitafonunu götürüb lent yazısını dinləməyə başlayır. Və Xanna Beykerin səsi gəlməyə başlayır... Xanna Beykerin ilk sözlərindən biri; “-Əgər sən bu səs yazısını dinləyirsənsə deməli ölümümə səbəbkarlardan biri sənsən.” olur. Xanna onun ölümünə səbəb 13 nəfər olduğunu və bu kasetlər həmin 13 nəfər onu özünəqəsd etməyə səbəb olacaq nə etdiklərini danışır. Xanna dinləyiciyə 2 şərt qoyur; Dinləmək və növbəti dinləyiciyə kasetləri ötürmək. Xannanın ölümünə səbəb olmuş 13 nəfər hamısı bu səs yazılarını dinləməlidir. Onlara nəzarət olunur Xannanın etibarlı insan adlandırdığı şəxs tərəfindən. Kim əgər dinləməsə və ya lentləri məhv etməyə çalışsa onu Xannanın ölümündə şübhəli kimi göstəriləcəyi bildirilir. Beləliklə hər epizodda Xannanın ölümünə səbəb plan şəxs, və bu səbəbin nədən ibarət olduğunu səs yazısında danışır. Sonrakı serialda məlum olur ki, bu dinləyən birinci şəxs Kley deyil. Kley bu cür haqsızlıqlar qarşısında səssiz qalmaq istəmir, amma, səbəbkarla hər vəchlə onun səsini kəsmək istəyirlər. Beləcə seriaı intriqalı bir şəkildə gərgin süjet xətti ilə dacam edir. Filmdə yeniyetməlik vaxtı valideyinlərin uşaqlarına daha diqqətli olması, cəmiyyətdə formalaşması üçün daha çox vaxt keçirmək lazım olduğu fikri əsas götürülsə də, gənclərin bir - birinə münasibəti də aparıcı yer tutur. Çox da yazıb spoiler vermək istəmirəm. 1-ci sezon sona çatıb. Artıq 2-ci sezonun olacağı da açıqlanıb.



суббота, 10 марта 2018 г.

"Peaky Blinders" 4-cü sezon

       Dünya primyerası 12.09.2013-cü ildə olan, baş rolda Kilian Merfi, Pol Anderson, Cou Koul kimi aktyorların oynadığı "Peaky Blinders" serialı 2017ci ilin yanvar ayında npvbəti 4-cü sezonunu yayımladı. Trylerindən də görsənirdi ki, bu sezon digərlərindən daha maraqlı və həyacanlı olacaq. 
     Dünya ulduzlarından öncəki sezonda çəkilən Tom Hardiyə 4-cü sezonda "Pianist", "Eksperiment" və bir çox başqa fillmlərdə canlandırdığı obrazlarları ilə  məşhur olan Edrian Broudi də qoşulur. Tom Hardi filmdə yahudu Alf Solomonu, Edrian Broudi isə italiyan Luka Çanqretta obrazlarını yaradırlar.
4-cü sezonun ilk Seriyasında, Şelbi ailəsini daha əvvəlki kimi bir yerdə olmadığı göstərilir.        Tomas Londonda uşağı ilə birgə yaşayır, İngiltərə kraliyyətinə işləyir. Artur və Con Şelbi qardaşları da ailələri ilə birgə sakit həyat sürürlər. 3-cü sezonun da Şelbi qardaşlarının qətlə yetirdiyi İtaliyan mafiyasının liderlərindən olan Çanqrettanın böyük oğlu ailənin bütün üzvlərinə Vanddetda açıqcası göndərir. Bu çağırışa görə Şelbi ailəsi yenidən toplanır. 
    Ailələr arasında başlayan müharibə itkisiz ötüşmür, əsas personajlardan olan Con Şelbi ilk seriyadaca güllələnərək öldürülür. Bu qaçdı - tutdu oyununu daha da qızışdırır. Sonda Çanqrettanı tələyə salan Şelbi ailəsi bu Vandettanın qalibi olur. 
       Bir sözlə izləməyə dəyər. 

понедельник, 26 февраля 2018 г.

Xocalı 26

      1992-ci ilin fevralın 25-26-na keçən gecə qəddar düşmən dinc Xocalı əhaləsinin üzərinə canlı qüvvə və texnikalar ilə hücum çəkdi. Şəhərin nəqliyyət vasitələrinin çıxa biləcəyi bütün yollarını axşam saatlarında zirehli texnika ilə bağladıqdan sonra, canlı qüvvələr şəhərə daxil olaraq önünə keçənləri yaşlı, uşaq, qadın olmağına baxmayaraq olmazın işgəncələr verərək qətlələ yetirir, evləri dağıdırdılar. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı olan ən böyük etnik soyqırımdır.
    Xocalı şəhəri işğal olunduqdan sonra ermənistan silahlı birləşmələri Ağdam istiqamətində Əsgəran yaxınlığından keçən 300 m eni olan "Azad dəhliz" yaradaraq şəhərdə qalan mülki əhalini təxliyyə etmək üçün şərait yaradır və atəş açmayacaqlarını vəd edirlər. Ancaq vəziyyət tam başqa cür olur, mülki əhali şəhəri tərk etməyə başlayarkən ermənistan silahlı birləşmələri mülki əhaliyə pusqu quraraq avtomatik silahlardan atəşə tutur.

пятница, 9 февраля 2018 г.

Qoca aktyorun dahi çıxışı!!!

      Dünya Premyerası 19 yanvar 2017-ci ildə, russyada primyerasi isə 24 avqust 2017-ci ildə reallaşan "Mister Ştayn onlyana çıxır" filmi ilə ilə uşaqlıqdan demək olar ki, hamımızın tanıdığı, dahi aktyor Pyer Rişar uğurlu bir premyera ilə ekranlarda görsənir. Film Avstrya, Fransa, Almanya və Belçikanın ortaq işidir. Rejissor və senaristi Stefan Robli olan əsərin baş rollarında Pyer Rişarla yanaşı gənc aktyorlar Yannis Lesper və Fanni Vallet oynayıb.  Filmin soundrakı Pyer Rişarın oynadığı bir çox filmlərin musiqi işini öz üzərinə götürən Vladimir Kosmaya məxsusdur. Filmin və filmin əsas musiqisinin adı "Un profil pour deux"-dur. 

среда, 7 февраля 2018 г.

Whatsapp-dan daha bir yenilik!!!

WhatsApp" daha bir yeniliyə imza atıb. Bundan sonra messencerdə eyni anda 5 nəfər səsli rabitə ilə ünsiyyət qura biləcək. 
BAKU.WS-in məlumatına görə, hazırda bu funksiya test rejimində işləyir. Onun "WhatsApp"
istifadəçiləri üçün bir neçə həftədən sonra əlçatan olacağı gözlənilir. Biri-biri ilə danışan iki şəxs söhbətlərinə daha üç nəfər əlavə edə bilmək üçün mobil internet və ya Wi-Fi-dan istifadə etməlidirlər. Bunun üçün messencerin sağ yuxarı hissəsində söhbətə əlavə iştirakçıları qoşmaq üçün düymə yerləşdirilib. Amma əlavə olunan şəxslərin əlaqə nömrələri telefon kitabçasında mütləq qeyd olunmalıdır.

Bəyindiyimiz filmlər

Filmlər çoxdur. Hansı ki, baxıb bitirən kimi, bir daha baxmaq istəyirsən. Və bu hər dəfə təkrarlanır. Bu bizim sevdiyimiz filmlərdir, hansıl...