понедельник, 26 февраля 2018 г.

Xocalı 26

      1992-ci ilin fevralın 25-26-na keçən gecə qəddar düşmən dinc Xocalı əhaləsinin üzərinə canlı qüvvə və texnikalar ilə hücum çəkdi. Şəhərin nəqliyyət vasitələrinin çıxa biləcəyi bütün yollarını axşam saatlarında zirehli texnika ilə bağladıqdan sonra, canlı qüvvələr şəhərə daxil olaraq önünə keçənləri yaşlı, uşaq, qadın olmağına baxmayaraq olmazın işgəncələr verərək qətlələ yetirir, evləri dağıdırdılar. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı olan ən böyük etnik soyqırımdır.
    Xocalı şəhəri işğal olunduqdan sonra ermənistan silahlı birləşmələri Ağdam istiqamətində Əsgəran yaxınlığından keçən 300 m eni olan "Azad dəhliz" yaradaraq şəhərdə qalan mülki əhalini təxliyyə etmək üçün şərait yaradır və atəş açmayacaqlarını vəd edirlər. Ancaq vəziyyət tam başqa cür olur, mülki əhali şəhəri tərk etməyə başlayarkən ermənistan silahlı birləşmələri mülki əhaliyə pusqu quraraq avtomatik silahlardan atəşə tutur.
Mülki  əhali meşədə sığaınacaq tapır və səhərə kimi bir çox insan donara bu həyatla vidalaşır.
 Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Комментариев нет:

Отправить комментарий

Bəyindiyimiz filmlər

Filmlər çoxdur. Hansı ki, baxıb bitirən kimi, bir daha baxmaq istəyirsən. Və bu hər dəfə təkrarlanır. Bu bizim sevdiyimiz filmlərdir, hansıl...