понедельник, 5 февраля 2018 г.

Növbədən kənar prezident seçkisi!!!

Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib.  Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.”

1 комментарий:

Bəyindiyimiz filmlər

Filmlər çoxdur. Hansı ki, baxıb bitirən kimi, bir daha baxmaq istəyirsən. Və bu hər dəfə təkrarlanır. Bu bizim sevdiyimiz filmlərdir, hansıl...