İl olub 2018, hələ “qocaman fillər”(fillər məni bağışlasın) az yaşlı uşaqlara qarşı zorakarlığı davam etdirir. Onsuz da dövlət uşaq bağçalarımızda vəziyyət ürək açan deyil. Mütamadi olaraq sosial şəbəkələrdə gah yeməklərin oğurlandığının, gah zorakarlığın, gah rüşvətxorluğun və bir çox başqa gahların şahidi oluruq. Özəl uşaq bağçalarında da bu cür hadisələrin baş verməsi adam lap ürpədir. “Tərbiyəçi”-nin biri uşağa qarşı zorakarlıq edir, digəri heç səsini də çıxartmır. Niyə??? Bu fillərin öz uşaqları yoxdur??? Belə hadisələri görəndən sonra hansı quruma inanasan, uşağına kimə etibar edəsən(bağça, məktəb). Belə görsənir ki, bir müddətdən sonra artıq valideyinlər də uşaqlarla gedib oturacaqlar dərsdə. Başqa çıxış yolu varsa siz deyin...
Mənim fikrimcə bu cür hadisələrin baş verməsində səbəb işə qəbul zamanı müsahiblərin zəif keçirilməsidir. Müasir dövrdə 1990-cı illərdən sonra üniversitetə qəbul olan abituriyentlərin hər 10-dan 8-i istədiyi ixtisasa qəbu olmur və nəticədi istəmədiyi peşənin diplomunu əldə etmiş olur.
Dövlət bağçalarından işə girmək üçün biraz hörmət edir, işləyir. Nəticədə öz işini sevməyən şəxs başlayır səhv hərəkətlərə -elediyi “hörməti” geri qaytarmağa, “hörmət” görməyəndə ilk əl atıqları şey oğurluq, ikinci də zorakarlıq. Belə “fillər” bir müddət dövlət bağçasında işləyəndən sonra, aylıq məvacibin çox olmasına görə
təcrübəli bağça müəlliməsi adıyla üz tuturlar özəl bağçalara. Özəl bağçalar da öz növbəsində təcrübəli tərbiyyəçi adıyla yüngülvari müsahibə keçirib qəbul edirlər işə. Yekun nəticə olaraq bu cür mənzərələr ortaya çıxır.
Yuxarıdakı fikirlərim əlbətdə ki, bütün dövlət və özəl müəsisələrinə, tərbiyyəçi və müəllimərə şamil edilməsə də, 80+%-nə aiddir.